Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycanlı lider Ümid Yalçınla görüşdü – Müzakirə

Baxılıb: 442     Tarix: 11-07-2018 16:47   

İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi Türkiyənin Xarici İşlər nazirinin müavini Ümid Yalçınla görüş keçirib.
Bu haqda məlumatı Ərşad Salehi özü Qanunvehedef.az-a Ankara səfəri haqda danışarkən verib.
Türkman liderinin sözlərinə görə, tərəflərin əsas müzakirə mövzusu Kərkük türkmanlarının problemləri və İraqda keçirilən parlament seçkilərindəki seçki saxtakarlığı olub:
“Cənab Ümid Yalçınla keçirdiyimiz toplantıda İraq daxilindəki hazırki vəziyyət, İraqın qonşu ölkələrlə olan münasibətləri və Kərkük türkmanları müzakirə olundu. Xüsusilə də sandıqlardakı səslərin hesablanmasındakı saxtakarlıq haqda cənab Yalçına ətraflı məlumat verdim”.
Cənab Salehi səslərin yenidən hesablanması prosesinin hələ də davam etdiyini vurğulayıb:
“Kərkük Yaxın Şərqin ən həssas bölgəsidir. Buna görə də Kərkükdə heç kim öz beynəlxalq siyasətini, siyasi partiya bazarlığını bizim üzərimizdən apara bilməz. Əks halda, Kərkükdəki sabitlik pozular. Belə olduğu hada isə bu, həm İraqda, həm də Yaxın Şərqə öz təsirini göstərər”.
Xatırladaq ki, İraqda 12 may tarixində parlament seçkiləri keçirilib. Türkmanların yaşadığı ərazilərdə seçki saxtakarlığına yol verildiyi iddia edilir. Baş nazir Abadinin rəhbərliyi ilə kəşfiyyat, təhlükəsizlik qüvvələri və polisdən ibarət komissiya yaradılıb. Hazırda Kərkük ərazisindəki seçki sandıqları əllə sayılmaqdadır.
Yekun qərar açıqlanmayıb.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar