Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Putin Türkiyəyə gedir?

Baxılıb: 778     Tarix: 17-05-2022 14:16   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini işgüzar görüşə dəvət edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “Yeni Şafak” qəzeti yayıb.
Qəzet yazır ki, mayın 18-i Rusiyanın Baş nazirinin müavini Aleksandr Novakın başçılıq etdiyi nümayəndə heyəti Ankaraya səfər edəcək. Heyət Ankarada Türkiyənin iqtisadi qurumlarının nümayəndələri ilə danışıqlar aparacaq.
Həmçinin iddia olunur ki, tərəflər iki ölkə lideri arasında görüş üçün zəmin hazırlayacaqlar.
“Prezident Rəcəb Tayyib Ərdoğan telefonla zəng etdiyi Rusiya Prezidenti Vladimir Putini Türkiyəyə yüksək səviyyəli işgüzar görüşə dəvət edib. Bununla əlaqədar olaraq, yaxın günlərdə Putinin Türkiyəyə səfər edəcəyi gözlənilir”, - deyə məlumatda qeyd olunub.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə, öz növbəsində bildirib ki, yaxın günlərdə Putinin Türkiyəyə səfərinə hazırlıq getmir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar