Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rəşid Dostum 14 aydan sonra Türkiyədən Kabilə qayıtdı – Onu öldürmək istədilər

Baxılıb: 474     Tarix: 23-07-2018 10:58   

Əfqanıstana qayıtmış birinci vitse-prezident Əbdül Rəşid Dostum Kabil aeroportunu tərk etdikdən sonra yaxınlıqda partlayış baş verib.Bu barədə “Agence France-Presse” məlumat yayıb. Partlayış siyasətçinin tərəfdarlarının toplaşdığı yerdə olub.
Bu, təqib edilən Əbdül Rəşid Dostumun 2017-ci ildə Türkiyəyə getdikdən sonra vətənə ilk qayıdışı idi.
TASS xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Nəcib Danişin sözlərinə görə, hadisə güman ki, intiharçı-terrorçu tərəfindən törədilib.
Əfqanıstanın “TOLOnews” telekanalı yerli məmurlara istinad edərək partlayış nəticəsində həlak olanların əksəriyyətinin təhlükəsizlik qüvvələrinin əməkdaşları olduğunu bildirib.
Çarter reyslə gələn Əbdül Rəşid Dostumun olduğu təyyarə Hamid Karzai adına beynəlxalq aeroportda enib. Yüzlərlə insan, o cümlədən yüksək vəzifəli məmurlar onu qarşılamaq üçün aeroportda toplaşmışdılar. Siyasətçi Türkiyədə 14 ay qalıb.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar