Xəbər lenti
13/10/2026 [13:25]
Sabah 29° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

BMT Baş katibi dünyada nüvə silahını tamamilə ləğv etməyə çağırıb

Baxılıb: 670     Tarix: 03-08-2022 11:02   

Onun sözlərinə görə, nüvə silahının tətbiq edilmə riski soyuq müharibə dövründə olduğu səviyyədə müşahidə olunur.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterriş dünyada nüvə silahını tamamilə məhv etməyə çağırıb.
«Deutsche Welle»nin xəbər verdiyi kimi, bu barədə o, Nyu-Yorkda keçirilən nüvə silahının yayılmaması üzrə Müqavilənin iştirakçı ölkələrinin konfransının açılışında bəyan edib.
Onun sözlərinə görə, nüvə silahının tətbiq olunma riski soyuq müharibə dövründə müşahidə olunan səviyyəyə çatıb.
«Risklərin azaldılması kifayət deyil. Nüvə silahının məhv edilməsi - onun tətbiq olunmamasının yeganə qarantıdır. Biz, yorulmadan bu hədəf üzərində işləməliyik» - Quterriş deyib.
Baş katib qeyd edib ki, bircə anlaşılmazlıq, bircə səhv dünyanı nüvə silahı ilə məhv etməkdən ayırır.
«Bəşəriyyət onun təhdidi qarşısındadır ki, Xirosima və Naqasaki zərbələrindən alınmış dərsi unutsun. Geopolitik gərginlik yeni səviyyəyə çatıb» - o, deyib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar