Xəbər lenti
18/04/2024 [12:35]
Sabah 30° isti olacaq
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Qışda Ukraynada hərbi əməliyyatlarda fasilə mümkündür. Bu da Rusiya Federasiyasının xeyrinə olmayacaq. Rusiyalılar üçün qışın çətin keçəcəyi eht

Baxılıb: 600     Tarix: 09-08-2022 11:31   

"Qışda Ukraynada hərbi əməliyyatlarda fasilə mümkündür. Bu da Rusiya Federasiyasının xeyrinə olmayacaq. Rusiyalılar üçün qışın çətin keçəcəyi ehtimalı var".
Bu proqnozu ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker bildirib.
"Eyni zamanda qış Ukrayna ordusuna da təsir edəcək, lakin Rusiya ordusuna da çətinliklər yaradacaq. Rusiya ordusu indi öz torpaqlarından uzaqdadır. Onların hərbçilərinə ərzaq, yanacaq və silah əldə etmək daha çətin olacaq. Bir sözlə, rusiyalıları çətin qış gözləyir", - deyə Volker xəbərdarlıq edib.
Onun proqnozuna görə, yaza qədər Ukraynada Rusiya ordusu gücünü itirəcək. Ukrayna Silahlı Qüvvələri isə bu ilin sonuna qədər uğurlu əks-hücum əməliyyatları keçirə biləcəklər.
"Ukrayna bəzi əsas əraziləri qaytaracaq. Gələn il biz Ukraynanın rusiyalıları öz torpaqlarından çıxarmaq üçün növbəti cəhdlərini görəcəyik. Bu da müəyyən dərəcədə uğurlu olacaq.
Bəli, qışda mütləq fasilə olacaq, lakin bu fasilə Rusiyanın xeyrinə olmayacaq", - deyə Volker qeyd edib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar