Xəbər lenti
13/10/2026 [13:25]
Sabah 29° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İmran Xan terrorizmdə ittiham olunur

Baxılıb: 869     Tarix: 22-08-2022 15:29   

Pakistanda sabiq Baş nazir İmran Xan terrorizmdə ittiham olunur.
Qanunvehedef.az “Euronews”a istinadən xəbər verir ki, son aylar Xan bir neçə mitinq keçirib. Hüquq-mühafizə orqanları hesab edir ki, sözügedən mitinqlər ölkədə siyasi gərginliyi artırıb.
İttihamlar Xanın İslamabadda yüzlərlə tərəfdarının qarşısında çıxışından sonra irəli sürülüb. Siyasətçi görüş zamanı əsas köməkçilərindən biri olan Şahbaz Gillin həbsinə görə polis əməkdaşları və qadın hakimi məhkəməyə verməklə hədələyib.
Qeyd edək ki, İmran Xan 2018-ci ildə Baş nazir seçilmişdi. Bu ilin aprelində parlamentin aşağı palatası Xana qarşı inamsızlıq votumu çıxarıb, onu korrupsiyada və ölkədəki iqtisadi vəziyyəti yaxşılaşdıra bilməməkdə ittiham edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar