Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Saakaşvilini edam etmək istəmirdik – Medvedyev

Baxılıb: 516     Tarix: 07-08-2018 15:07   

Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağımıza səbəb olan məqam Gürcüstan prezidenti vəzifəsində psixi baxımdan tam sağlam olmayan adamın əyləşməsi idi.
Qanunvehedef.az xəbər verir ki, bunu “Kommersant”a müsahibəsində Rusiya Baş naziri Dmitri Medvedyev deyib.
“Gürcüstanın o zamankı rəhbəri vəzifəsində psixi baxımdan sağlam olmayan Mixail Saakaşvilinin əyləşməsi, başqa varianta əl atmağımıza imkan vermədi. Əgər orada başqa rəhbərlik olsaydı, nəyisə müzakirə etmək olardı. Əminəm ki, başqa rəhbərlik olsaydı, qocalar və uşaqlara, rusiyalı sülhməramlılara hücumla bağlı belə biabırçı qərar qəbul etməzdi, Rusiyaya müharibə elan etməzdi”, - o bildirib.
Onun sözlərinə görə, 2008-ci ildə Rusiyanın Gürcüstanı məhv etmək və Saakaşvilini edam etmək haqqında fikri yox idi. Rusiya tanklarının niyə Tiflisin 10 kilometrliyində dayanması ilə bağlı suala Medvedyev rus ordusunun əsas hədəfinin Cənubi Osetiyadan Gürcüstan ordusunun çıxarılması və gələcək eskalasiyanın qarşısını almaqdan ibarət olması cavabını verib:
“Yekunda bu, bizə Gürcüstan, Cənubi Osetiya və Abxaziyada situasiyanı sakitləşdirməyə, Avropa Birliyi və digər ölkələrlə daha rahat əlaqə qurmağa imkan yaratdı. Əsas odur ki, aqressiyanı Gürcüstanın başlatdığı müəyyən olundu. Bunu isə artıq tarixdən silmək mümkün deyil”.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar