Xəbər lenti
02/07/2026 [13:37]
Sabah 36° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Komitə sədri köçkünlərlə görüşdü, tapşırıqlar verdi

Baxılıb: 705     Tarix: 08-08-2018 16:10   

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Binəqədi rayonunda tikintisi yarımçıq qalmış binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb.
Dövlət Komitəsindən Qanunvehedef.az-a verilən məlumata görə, görüşdə yarımtikililərdə məskunlaşmış məcburi köçkünlər problemləri ilə bağlı R.Rzayevə müraciət edib, üzləşdikləri çətinliklərlə əlaqədar məlumat veriblər.
Sədr onları dinləyib, suallarını cavablandırıb, müraciətlərinə baxılacağını və mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcəyini bildirib.
Qeyd edilib ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər onların hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatələndiyinin göstəricisidir. Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinin həllinə həssaslıqla yanaşır, həyata keçirilən işləri daim diqqətdə saxlayır. Ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə aparılan siyasətin nəticəsidir ki, bu gün ölkədə bir dənə də olsa çadır şəhərciyi qalmayıb. Məcburi köçkünlər bütün lazımi infrastrukturla təmin edilmiş qəsəbə və məhəllələrdə yeni, müasir mənzillərə köçürülür.
Görüşdə iştirak edən məcburi köçkünlərin müraciətləri qeydə alınıb.
Dövlət Komitəsinin sədri görüşdə qaldırılmış məsələlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar