Xəbər lenti
13/10/2026 [13:25]
Sabah 29° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Zelenskini 12 dəfə öldürmək istəyiblər

Baxılıb: 729     Tarix: 17-01-2023 11:57   

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın tammiqyaslı hücumu başlayandan bu günə kimi 12-dən çox sui-qəsd cəhdindən sağ çıxıb.
Bu barədə "İndependent" məlumat yayıb.
Qeyd edilir ki, bəzi cəhdlərin qarşısının alınmasına ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi kömək edib.
Nəşrin məlumatına görə, publisist Kris Uippl "Ömür boyu mübarizə: Co Baydenin Ağ Evinin içi" kitabında Uilyam Bernsin (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru-red) Ukraynaya genişmiqyaslı hücumdan əvvəlki dövrdə gizli səfərə getdiyini iddia edir.
Kitabda deyilir ki, ABŞ Prezidenti Cozef Bayden Bernsə Zelenskiyə "Rusiyanın sui-qəsdlərinin dəqiq təfərrüatlarını" söyləməyi tapşırıb.
"Bu, dərhal Zelenskinin diqqətini çəkdi, o, bu xəbərdən məəttəl qaldı və şoka düşdü", - "İndependent" Uiplin kitabından sitat gətirib.
Nəşr əlavə edir ki, Zelenski müharibə başlayandan bu günədək 12-dən çox sui-qəsd cəhdindən sağ çıxıb, lakin bu uğur hekayələrindən azı ikisi Bernsin Kiyevə səfəri zamanı açıqladığı ABŞ kəşfiyyatından qaynaqlanır.
"Bu kəşfiyyat o qədər təfərrüatlı idi ki, Zelenskinin təhlükəsizlik qüvvələrinə Rusiya tərəfindən onun həyatına iki ayrı sui-qəsd cəhdinin qarşısını almağa kömək etdi", - Uipl yazıb.//report

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar