Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Özbəkistan prezidenti Türkiyənin Daşkənddəki səfirliyində başsağlığı kitabını imzalayıb

Baxılıb: 763     Tarix: 09-02-2023 16:11   

Özbəkistan Prezidenti Şavkat Mirziyayev Türkiyənin Daşkənddəki səfirliyində Kahramanmaraşda baş verən zəlzələlərdə həyatını itirənlərin xatirəsinə açılan başsağlığı kitabını imzalayıb.
Qanunvehedef.az xəbər verir ki, Prezident Mirziyoyev 7,7 və 7,6 bal gücündə zəlzələlərdə həyatını itirənlərə başsağlığı vermək üçün Türkiyənin Daşkənddəki səfirliyini ziyarət edib.
Mirziyoyev səfirlikdə açılan başsağlığı kitabını imzalayıb.
Mirziyayev başsağlığı mesajında Türkiyədə baş verən güclü zəlzələlər nəticəsində çoxlu sayda insanın həlak olması xəbərinin onu və bütün özbək xalqını dərindən kədərləndirdiyini vurğulayıb.
"Qardaşlarımız üçün bu ağır günlərdə bütün türk xalqına və rəhbərliyinə başsağlığı veririk. Dostlarımızla çiyin-çiyinə dayanıb, hər cür yardım və dəstəyi verməyə hazırıq. Türk milləti bunun öhdəsindən gələcəkdir. Bu çətin günləri öz yenilməz iradəsi və mətanəti ilə qısa zamanda başa vurur və inanırıq ki, bütün çətinliklərin öhdəsindən gələcəksiniz",- deyə Miziyayev qeyd edib.
Daha sonra Mirziyoyev Türkiyənin Daşkənddəki səfiri Olqan Bekarla görüşüb, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların tezliklə sağalmasını istəyib.
Mirziyayev Türkiyədəki prosesləri hər gün yaxından izlədiyini bəyan edib və Özbəkistanın zəlzələdən zərər çəkən Türkiyəyə hər cür yardımı göstərməyə hazır olduğunu bildirib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər