Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

“Bu səbəbdən Türkiyə ilə yaxşı anlaşmalıyıq”

Baxılıb: 625     Tarix: 13-02-2023 11:04   

Belçikanın Baş naziri Aleksandr De Kro Türkiyədə baş verən və Suriyada hiss edilən zəlzələnin yeni bir qaçqın dalğası yaradacağından narahatdır.
Qanunvehedef.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Baş nazir qatıldığı televiziya proqramında danışıb.
Belçikanın zəlzələdən zərərçəkənlər üçün təmin etdiyi viza asanlığına toxunan De Kro xatırladıb ki, bu hazırda Belçikada olan və zəlzələ bölgəsində evləri dağıldığı üçün geri dönə bilməyən və ya yaxınlarının Belçikada yaşamaq hüququ olan şəxslərə aiddir.
Zəlzələ səbəbi ilə artıq 5,5 milyon insanın evsiz qaldığını vurğulayan  Baş nazir, Avropa İttifaqı və beynəlxalq ictimaiyyətin sığınacaq probleminə ən qısa zamanda həll yolu tapması lazım olduğunu bildirib: “Bu mövzuda Aİ Komissiyası ilə danışdım. Zərərçəkənlər də o bölgədə qalmaq istəyirlər. Suriyalı zərərçəkənlər də Türkiyəyə yerləşdirilməlidir”.
Aİ-də artıq çox sayda qaçqının yaşadığına və sıxlığa diqqət çəkən De Kroo, bölgənin Ukrayna qaçqınlarına və zəlzələ fəlakətinə görə daha da sıxlaşdığını bildirib: “Ona görə də Türkiyə ilə yaxşı anlaşmalıyıq”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar