Xəbər lenti
17/01/2025 [13:11]
Sabah yağış yağacaq
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Ərdoğan: Onların "iPhone"u varsa, bizim də "Vestel"imiz var

Baxılıb: 712     Tarix: 14-08-2018 14:20   

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankaradakı çıxışı zamanı xalqı ABŞ istehsalı olan elektronika məhsullarını boykot etməyə çağırıb.
Qanunvehedef.az azvision.az-a istinadən xəbər verir ki, Ərdoğan Vaşinqtonun birtərəfli sanksiyaları və ticarət tariflərinə qarşı ən yaxşı cavabın ABŞ-ın istehsal etdiyi məhsullarla rəqabət apara bilən alternativ əcnəbi malların alışını çoxaltmaq və yerli istehsal və ixracı artırmaq olduğunu deyib.
"Amerika iqtisadi cəhətdən nəinki bizə, Çinə və Rusiyaya, İrana və Avropaya da hücum edir. Amma bizə qarşı əməliyyat başladılıb. Biz Amerika istehsalı olan elektronika məhsullarını boykot edəcəyik. Onların "iPhone"u var, amma "Samsung" və bizim "Vestel" şirkətimiz də var." – deyə, Ərdoğan bəyan edib.
Xatırladaq ki, Ankara ilə davam edən siyasi gərginliyə baxmayaraq, avqustun 10-da ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma ikiqat ticarət tarifinin təbiqi barədə qərar qəbul edib. Türkiyədən alınan alüminiuma 20%, polada isə 50% gömrük rüsümu tətbiq olunacaq. Trampın bu qərarı ilə türk lirəsi dollar qarşısında rekord tarixi enişini yaşayıb. 13 avqust gecəsinədək 1 dollar 7,24 lirə təşkil edib. Lakin Türkiyə Mərkəz Bankınnın müdaxiləsindən sonra hazırda lirə bir qədər möhkəmlənərək dollara nisbətdə 6.5 civarında müəyyənləşib. Ümumilikdə, bu il ərzində lirə dolara nisbətdə 40 faiz ucuzlaşıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar