Xəbər lenti
13/10/2026 [13:25]
Sabah 29° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“ABŞ Zelenskinin telefon danışıqlarını dinləyib”

Baxılıb: 648     Tarix: 11-04-2023 10:33   

Pentaqona məxsus məxfi sənədlərin internetə sızması nəticəsində ABŞ-nin Ukrayna Prezidenti Volodimir Zelenskinin danışıqlarını dinlədiyini əks etdirən sənəd yayımlanıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “CNN” yayıb.
Məlumata görə, Zelenskinin ətrafında olan şəxslər Prezidentin izlənilməsi faktını qəribə hesab etməsələr də, bu barədə məlumatın yayılmasından məyus olublar.
ABŞ kəşfiyyatının hesabatında iddia olunur ki, Zelenski fevralın sonu Rusiyanın Rostov vilayətində hərbçilərin toplaşdığı əraziyə pilotsuz uçuş aparatları ilə zərbələr endirməyi təklif edib. Bu hesabatda Zelenskinin telefon danışıqlarından əldə olunan məlumatlar qeyd olunub.
Xatırladaq ki, ötən həftə ABŞ-nin Ukrayna ilə bağlı məxfi sənədlərinin yeni partiyası internetə sızıb. İlk olaraq, Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı materiallar yayımlanıb. Daha sonradan Çin və Yaxın Şərqlə bağlı məlumatlar da sosial şəbəkələrə sızdırılıb. ABŞ Ədliyyə Nazirliyi məsələ ilə bağlı araşdırma başladıb. Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak isə sızan məlumatları fotoşop adlandırıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar