Xəbər lenti
13/10/2026 [13:25]
Sabah 29° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Nazir: “Türkiyənin təbii qaz istehsal edəcəyinə şübhə ilə yanaşırdılar”

Baxılıb: 725     Tarix: 20-04-2023 14:05   

“Türkiyə bütün sahələrdə mərkəzi rol oynayır”.
Bunu Türkiyənin maliyyə və xəzinə naziri Nureddin Nebati deyib.
Onun sözlərinə görə, son bir ay ərzində Türkiyədə mühüm hadisələr baş verib:
 "Bununla yanaşı, “Akkuyu” Atom Elektrik Stansiyasına (AES) nüvə yanacağının çatdırılması mərasimi baş tutacaq. AES İstanbulun 90 faizini enerji ilə təmin edə biləcək gücdədir. O, 60 il fəaliyyət göstərəcək. Rusiya ilə birgə inşa etdiyimiz binada əsas işləri türklərin həyata keçirməsi bizə qürur verir. Biz Qara dənizdə təbii qaz axtaranda deyirdilər ki, bunu niyə edirsiniz? Ümumiyyətlə, bizim təbii qaz istehsal edəcəyimizə şübhə ilə yanaşırdılar. Halbuki indi mövcud enerjinin 70 faizi idxal edilir. Bundan başqa, yerli istehsal olan “Togg” avtomobili ilə vətəndaşlarımızın intizarı sona çatdı”.
 Nazir bildirib ki, Türkiyənin uğurları təkcə təbii qaz və avtomobil istehsalı ilə bitmir:
 “Bu ay həmçinin İMECE peykini kosmosa göndərdik və lazımi şəkildə fəaliyyət göstərəcək”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar