Xəbər lenti
13/10/2026 [13:25]
Sabah 29° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“ABŞ Ermənistanla Azərbaycanı danışıqları davam etdirməyə çağırır”

Baxılıb: 561     Tarix: 04-05-2023 10:12   

“Vaşinqton İrəvanla Bakı arasında keçirilən danışıqlarda əldə olunan irəliləyişləri alqışlayır”.
Qanunvehedef.az xəbər verir ki, bunu ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
Onun sözlərinə görə, ABŞ tərəfləri dialoqun davam etdirilməsinə çağırır: “Dayanıqlı və ədalətli saziş ümumilikdə region və hər iki ölkə üçün imkanların açılması üçün açar rolunu oynayacaq”.
Xatırladaq ki, bir neçə gündür ABŞ-də Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında danışıqlar davam etdirilir. Tərəflər mayın 1-i Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə görüş keçiriblər. Görüşdən sonra nazirlərin ikitərəfli görüşü baş tutub. Bununla yanaşı, C.Bayramov və A.Mirzoyan mayın 3-ü C.Sallivanın vasitəçiliyi ilə yenidən danışıqlar aparıblar.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar