Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“ABŞ Türkiyədəki seçkilərə müdaxilə edir”

Baxılıb: 777     Tarix: 12-05-2023 12:26   

“ABŞ Türkiyədəki seçkilərə müdaxilə edir”.
Qanunvehedef.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu “CNN türk”ə müsahibəsində deyib.
“ABŞ bu seçkilərə müdaxilə edir. Bunu bu ölkədə artıq hər kəs bilir, bunu ABŞ Prezidenti özü deyir. Muharrem İncəyə hücum... Bunun haradan gəldiyi, haradan koordinasiya edildiyi aydındır. Bu ABŞ-nin işidir. Cənab Bayden son günlər öz insanlarını Türkiyədə aktivləşdirib”, - deyə Soylu qeyd edib.
Xatırladaq ki, Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İnce mayın 11-i prezidentliyə namizədlikdən geri çəkildiyini açıqlayıb. O, barəsində həqiqət olmayan qeyri-etik görüntülərin və iftira xarakterli məlumatların yayıldığını bildirib.
Qeyd edək ki, mayın 14-ü Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar