Xəbər lenti
26/08/2025 [13:15]
Sabah yağış yağacaq
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Hulusi Akarla Mövlud Çavuşoğlu da deputat seçildi

Baxılıb: 605     Tarix: 15-05-2023 09:53   

Türkiyədə Nazirlər Kabinetinin 16 üzvü parlament seçkilərində qalib gəlib.
Qanunvehedef.az “Hürriyət”ə istinadən xəbər verir ki, 28-ci dövr millət vəkili ümumi seçkilərində 16 nazir AKP-dən Türkiyə Böyük Millət Məclisinə deputat seçilib.
Bunların arasında milli müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu, ədliyyə naziri Bekir Bozdağ, ailə və sosial xidmətlər naziri Derya Yanık, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, əmək və sosial müdafiə naziri Vedat Bilgin, enerji və təbii qaynaqlar naziri Fatih Dönmez, gənclər və idman naziri Mehmet Muharrem, xəzinə və maliyyə naziri Nureddin Nebati, milli təhsil naziri Mahmut Özer, sənaye və texnologiya naziri Mustafa Varank, kənd təsərrüfatı naziri Vahit Kirişçi, ticarət naziri Mehmet Muş və nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu yer alıb.
Qeyd edək ki, 2018-ci ildən ölkənin milli müdafiə naziri vəzifəsini icra edən H. Akar ilk dəfə bu il deputatlığa namizədliyini irəli sürüb. M. Çavuşoğlu isə daha öncə Türkiyə Böyük Millət Məclisinin 22, 23 və 24-cü çağırış deputatı olub.шаблоны для dle 11.2



Ən çox oxunanlar
https://mostbet-giris-az1.com/az-az/
Redaktor seçimi
Çox oxunanlar