Xəbər lenti
13/10/2026 [13:25]
Sabah 29° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ərdoğan xaricdə yaşayan Türkiyə vətəndaşlarına müraciət edib - FOTO

Baxılıb: 731     Tarix: 19-05-2023 12:31   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xaricdə yaşayan türk vətəndaşlarına müraciət edib.
BAKU.WS xəbər verir ki, Türkiyə dövlət başçısı bu barədə şəxsi tvitter hesabında yazıb.
Ərdoğan müraciətində qardaş ölkədə keçirilən prezident seçkilərinin birinci turunun uğurla yekunlaşdığını diqqətə çatdırıb və xaricdə yaşayan türk vətəndaşlarını səsvermədə fəal iştirak etməyə çağırıb:
"Bütün çətinliklərə baxmayaraq, vətəndaşlıq vəzifənizi ən gözəl şəkildə icra etdiniz. Mənə və "Cümhur İttifaqı"na hörmət göstərdiniz. Terror təşkilatı üzvlərinin təzyiqlərinə və iradənizi qırma cəhdlərinə məğlub olmadınız. Türkiyə demokratiyasının gücünə güc qatdınız. Buna görə sizə səmimi qəlbdən minnətdaram. İndi qarşımızda prezident seçkilərinin ikinci turu var. Xaricdə və gömrük məntəqələrində səsvermə prosesi sabah başlayır. Hər kəsi səsverməyə çağırıram. Bu sınaqdan da alnıaçıq çıxacağımıza ürəkdən inanıram".
Məlumat üçün bildirək ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.


Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar