Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Rusiya XİN-dən Paşinyanın Qarabağla bağlı açıqlamasına - Münasibət

Baxılıb: 839     Tarix: 24-05-2023 16:18   

Rusiya XİN Emənistanın Baş naziri Nikol Paşinyanın Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına dair açıqlamasına münasibət bildirib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə danışıb.
Onun sözlərinə görə, Rusiya Paşinyanın açıqlamasına 2022-ci ilin oktyabrında Praqada keçirilən sammit zamanı tutduğu mövqenin təsdiqi olaraq baxır.
Zaxarova xatırladıb ki, Praqa sammitində birgə bəyanat qəbul edilib və bu bəyanat 1991-ci ilin Almatı bəyannaməsinə istinad edir. Sözügedən bəyannamədə isə keçmiş SSRİ respublikaları arasındakı inzibati sərhədlər dövlətlərarası sərhədlər kimi tanınır.
Xatırladaq ki, N.Paşinyan mayın 22-si keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistan Azərbaycan ərazisini 86,6 min km² olaraq tanıyır, bura Qarabağ ərazisi də daxildir.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar