Xəbər lenti
13/10/2026 [13:25]
Sabah 29° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Zelenski təcili iclas keçirəcək

Baxılıb: 753     Tarix: 06-06-2023 12:37   

Ukrayna Prezidenti Volodimir Zelenski yaxın saatlarda ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını keçirəcək.
Qanunvehedef.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı şuranın katibi Aleksey Danilov açıqlayıb.
Onun sözlərinə görə, təcili iclasın keçirilməsinə səbəb Xerson vilayətində yerləşən Kaxovka SES-də partlayışın baş verməsidir.
Xatırladaq ki, iyunun 6-na keçən gecə Rusiyanın nəzarətində olan ərazilərdə yerləşən Kaxovka SES-də partlayış baş verib. Rusiya tərəfi hadisənin Ukrayna Silahlı Qüvvələri tərəfindən törədildiyini açıqlayıb. Ukrayna isə SES-in Rusiya qoşunları tərəfindən partladıldığını iddia edir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar