Xəbər lenti
13/10/2026 [13:25]
Sabah 29° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Serbiyada müxalifətin tənqidindən sonra növbədənkənar seçki keçiriləcək

Baxılıb: 668     Tarix: 08-06-2023 10:21   

Serbiyada növbədənkənar parlament seçkiləri keçiriləcək.
Qanunvehedef.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkə Prezidenti Aleksandr Vuçiç açıqlayıb.
O, seçkilərin keçirilə biləcəyi tarixin hələ məlum olmadığını bildirib: “Aydındır ki, bizdə növbədənkənar parlament seçkiləri təşkil ediləcək. Burada həll edilməli yeganə məsələ seçkilərin hansı ayda baş tutmasıdır”.
Bildirilir ki, növbədənkənar seçkilər müxalifətin tənqidləri fonunda keçiriləcək. Vuçiçin sözlərinə görə, müxalifət onu zorakılığı təşviq etməkdə və söz azadlığını boğmaqda ittiham edir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar