Xəbər lenti
22/06/2026 [13:37]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“ABŞ-də Bakı ilə İrəvan arasında sülh danışıqlarının yeni mərhələsi baş tutacaq” - Dövlət Departamenti

Baxılıb: 669     Tarix: 22-06-2023 11:40   

“ABŞ tezliklə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni mərhələsinə ev sahibliyi edəcək”.
Bu barədə çərşənbə günü jurnalistlər üçün keçirilən növbəti brifinqdə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib.
“Tərəflər Cənubi Qafqaz regionunda dinc gələcəyə səy göstərməyə davam etdikcə, biz tezliklə Vaşinqtonda danışıqların növbəti raunduna ev sahibliyi etməyi səbirsizliklə gözləyirik. Biz inanırıq ki, birbaşa dialoq problemlərin həlli və sülhə nail olmaq üçün açardır”, - ABŞ-nin xarici siyasət departamentinin nümayəndəsi bildirib.
O, Rusiyanın bölgədə nizamlanmaya yönəlmiş vasitəçilik səylərindən də danışıb: 
“Əgər Rusiya bu məsələdə konstruktiv rol oynaya biləcəyinə inanırsa, təbii ki, bunu etməkdə azaddır. Biz danışıqların irəlilədiyinə inanırıq. Birləşmiş Ştatlar burada mühüm tərəfdaş kimi çıxış edir və dövlət katibi Antoni Blinken prosesə şəxsən nəzarət edir”, - deyə Patel qeyd edib.
Sonda diplomat Vaşinqtonda Azərbaycan və Ermənistan arasında “çox yaxında” yeni görüşlərin baş tutacağını bir daha təkrar edib. (Mənbə: TASS)

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar