Xəbər lenti
13/10/2026 [13:25]
Sabah 29° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Zelenski Rusiya hadisələrindən danışdı

Baxılıb: 437     Tarix: 24-06-2023 15:06   

“Şərin yolunu tutan hər kəs özünü məhv edir. Uzun müddət Rusiya öz zəifliyini və hökumətin axmaqlığını maskalamaq üçün təbliğat apardı. Amma indi elə bir xaos var ki, onu heç bir yalan gizlədə bilməz”. 
Qanunvehedef.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyada baş verənlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Rusiyanın zəifliyi açıq-aydındır: “Tammiqyaslı zəiflik. Və Rusiya nə qədər ki, öz ordusunu və muzdlularını bizim torpaqlarda saxlayacaq, o qədər də sonradan xaos, ağrı və problemi olacaq. Bu da indidən aydındır. Ukrayna Avropanı rus şəri və xaosundan qorumağa qadirdir.
Biz öz dayanıqlılığımızı, birliyimizi və gücümüzü qoruyuruq.
Bütün komandirlərimiz, əsgərlərimiz nə etməli olduğumuzu bilir.
Yaşasın Ukrayna”.
Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında “Vaqner” özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbəsi endirildiyini bildirib.
Priqojin bunun qisasını alacağını açıqlayıb. Rostov-na-Donuya qoşun yeridən Priqojin Moskvaya doğru irəliləyəcəyini bildirib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar