Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Türkiyəni Avropada görmək istəmirlər” - Peskov

Baxılıb: 684     Tarix: 11-07-2023 14:58   

“Ankara çəhrayı eynək taxmamalıdır, avropalıların heç biri Türkiyəni Avropada görmək istəmir”.
Qanunvehedef.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Türkiyə tarixində “sıx qərbyönümlü” dövrlər olub, lakin heç kim bu ölkəni Avropada görmək istəmir”, - o deyib.
Türkiyənin İsveçin NATO-ya üzv olmasını dəstəkləməsindən danışan Kremlin nümayəndəsi xatırladıb ki, Türkiyə bu hərbi blokun üzvüdür və öhdəlikləri var: “Bu baxımdan heç vaxt çəhrayı eynək taxmamışıq. Yəqin ki, elə belə də davranırıq, bu baxımdan hər şeyi mükəmməl başa düşürük”.
“Rusiya və Türkiyənin fikir ayrılıqları var və Kreml onları gizlətmir, amma münasibətlərin hər iki ölkənin maraqlarına “tamamilə uyğun” olan hissəsi də var”, - Peskov əlavə edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar