Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Sülh danışıqlarında Ukraynanın ərazi bütövlüyündən imtina da var” – “ABŞ Ukraynanı da ortada qoya bilər”

Baxılıb: 460     Tarix: 04-08-2023 11:27   

ABŞ artan xərclər və Rusiya ilə münaqişə riski səbəbindən Ukraynanı sülh üçün güzəştə getməyə məcbur edə bilər.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın beyin mərkəzlərindən olan “Foreign Policy” nəşrində yayımlanan məqalədə bildirilir.
ABŞ nəşri yazır ki, Avropa İttifaqı ABŞ-ın Əfqanıstanda etdiyi səhvi təkrarlayacağından və Ukraynanı təkbaşına buraxacağından narahatdır. Nəşr Ukrayna ilə bağlı sülh danışıqlarının gündəmdə olduğunu bildirib və buna qarşı çıxıb. “Foreign Policy” yazır ki, qapalı qapılar arxasında aparılan danışıqlar kimi xarakterizə edilən sülh danışıqlarında Ukraynanın ərazi bütövlüyündən imtina məsələsi də var. Qeyd olunub ki, sülh təşəbbüsləri Çin, Səudiyyə Ərəbistanı və Afrika İttifaqı ölkələri tərəfindən həyata keçirilib.
Məqalədə bildirilib ki, Avropa İttifaqı və Ukraynada ABŞ-ın belə gizli razılaşmanı qəbul etmə ehtimalı narahatlıq doğurur.
“Foreign Policy” bu gizli danışıqlara qarşıb çıxaraq, Əfqanıstanla Ukraynanı müqayisə edib.
“Tramp və Bayden administrasiyası “Taliban”la razılaşaraq Əfqanıstandan çəkilib. 2021-ci ildə “Taliban” qüvvələri paytaxt Kabilə daxil olaraq Əfqanıstanda hakimiyyəti ələ keçirdi. Bu razılaşma ABŞ-ı nüfuzdan saldı. Ona görə də Ukraynanı güzəştə getməyə və barışığa məcbur etmək də eyni vəziyyəti yaradacaq”,-deyə məqalədə qeyd olunur.

Qanunvehedef.azшаблоны для dle 11.2