Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

“Putinin Türkiyəyə səfəri rezonans doğura bilər”

Baxılıb: 557     Tarix: 07-08-2023 10:59   

Rusiya Prezidenti Vladimir Putin yaxın günlərdə Türkiyəyə səfər edəcək. Avqustun 2-də telefonla danışıq zamanı səfərlə bağlı razılığa gəldiklərini deyən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarını səbirsizliklə gözlədiyini vurğulayıb.
Rusiya Prezidentinin Türkiyəyə planlaşdırılan səfəri mürəkkəb geosiyasi şəraitdə rezonans doğura biləcək xarici səfər kimi də qiymətləndirilə bilər.
Əvvəla, Avropa və ABŞ tərəfindən siyasi eskulasiyaya məruz qalmış və barəsində Haaqa məhkəməsi tərəfindən həbs qərarı çıxarılmış Rusiya Prezidentinin Türkiyə kimi regionun güc qütblərindən birinə yola çıxması birmənalı qarşılanmayacaq.
NATO ölkəsi və Qərbin yaxın strateji müttəfiqi olan Türkiyənin bu səfərə xoş baxması dünya siyasətində Rusiya faktorunun qəbuledilən olmasına işarədir, eyni zamanda, mürəkkəb bir dönəmdə bu səfər planı Putinin siyasi cəsarətinin nümunəsidir. Ən əsası isə bu, Putinin qardaş ölkəyə, lideri Ərdoğana dərin etibar və etimadından doğan siyasi reallıqdır.
V. Putinin Ərdoğan haqqında söylədiyi bir ifadə hə də onun Türkiyə barədə münasibətini təsvir edir, Putin qeyd edir ki, Türkiyə Prezidenti güclü lider və hər zaman sözünü tutan şəxsiyyətdir. “Ərdoğan heç vaxt üçüncü ölkələrin öz maraqlarını rəhbər tutmalarına imkan vermir. O, etibarlı tərəfdaşdır. Bizim münasibətlərimizin ən mühüm xüsusiyyəti də etibarlılıq və sabitlikdir”.
Bu faktın özü bir daha V.Putinin fundamental siyasi keyfiyyətlər sırasında etibarlılıq və sabitliyə xüsusi önəm verməsinin göstəricisidir. Həmçinin, onun türk dünyasına möhkəm inam və etibarının, Türkiyə ilə yanaşı, Azərbaycana da xüsusi etimadının dəfələrlə şahidi olmuşuq. Putin vaxtilə ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi, uzaqgörənliyi və Rusiya ilə mehriban qonşuluq siyasəti qurmasını yüksək dəyərləndirərək qeyd etmişdir ki, bizim səmimi münasibətlərimizin kökündə Heydər Əliyevin zəngin dövlət idarəçiliyi təcrübəsi dayanır. Bu mükəmməl təcrübə kursunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi də Rusiya lideri tərəfindən hər zaman təqdir olunmaqdadır.
Bu siyasi rakursdan baxsaq, Rusiya və Türkiyə arasında yaxın dosluğun yaranmasında Azərbaycan faktorunu, Ulu öndərin və Cənab İlham Əliyevin müstəsna xidmətlərini də xüsusi vurğulamaq lazımdır. Məhz Heydər Əliyevin regionda təmin etdiyi dərin etimad mühiti və mehriban qonşuluq siyasəti  Azərbaycan, Rusiya və Türkiyə münasibətlərindəki səmimi siyasi dialoqu möhkəmləndirib.
Son 20 ildə isə Prezident İlham Əliyevin uzaqgörən xarici siyasət arxitekturası regionda sülh və geniş əməkdaşlıq formatının şaxələnməsini, Türkiyə-Azərbaycan qardaşlığı, Azərbaycan - Rusiya dostluğu fonunda üçtərəfli əlaqələrin dinamikasına tükənməz impulslar verib. Bunun nəticəsidir ki, Türkiyə və Rusiyanın Cənubi Qafqaz siyasətinə baxışları sabitləşdirici tənzimləyici və bərabər əməkdaşlıq formulu əsasında irəliləyir, Moskva və Ankara regional məsələlərin həllində Bakının strateji maraq və prinsiplərini nəzərə alır. Cənubi Qafqazda baş verən son proseslərin fonunda, ələlxus da Qarabağ münaqişəsinin tənzimlənməsində də bunu qabarıq görə bilərik.
Müzakirə edilməyəcək həqiqətdir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını ulu öndər Heydər Əliyevin vaxtilə müəyyən etdiyi güclü ordu və dövlət quruculuğunun sarsılmaz qüdrəti və İlham Əliyevin möhkəm qətiyyəti sayəsində azad etdi, ancaq müxtəlif güclərin ziddiyətli davranışlarının və spekulyasiyalarının fonunda Türkiyənin zərərləşdirici rol oynaması və əzmkar mövqe nümayiş etdirməsi, sona qədər Azərbaycanın yanında yer alması, eləcə də Rusiyanın neytral, sabit qalmasında Ərdoğanın prinsipial addımlarını da unutmamalıyıq.
Bir məqamı da vurğulamaq lazımdır ki, bir çox qlobal və regional məsələlərdə Vladimir Putin və Ərdoğanın üst-üstə düşən strateji maraqları mürəkkəb coğrafiyada yerləşən və mürəkkəb geosiyasi proseslərdə diqqət mərkəzində olan Azərbaycan üçün də dayanıqlı siyasi təminat deməkdir.
Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edən Rusiya qardaş Türkiyə ilə birlikdə bölgədə sülh və əməkdaşlıq proqramlarının həyata keçirilməsi, Zəngəzur dəhlizinin yaradılması istiqamətində eyni fəal mövqe nümayiş etdirir ki, bu da Azərbaycan-Türkiyə-Rusiya formatının müasir simasını əks etdirir. Həmçinin, Azərbaycan və Türkiyənin liderliyi ilə formalaşan Türk dövlətləri ittifaqı, həm də Rusiya ilə sıx inteqrasiya şəraitində möhkəmlənir.
Məhz bütün bu siyasi gerçəkliklərin nəticəsidir ki, Türkiyə-Rusiya və Azərbaycan-Rusiya strateji müttəfiqliyi ən çox Ermənistanı və dünya erməni lobbisini qıcıqlandırır, hər vəchlə bu 3 ölkə arasında isti münasibətləri pozmaq üçün təxribatlara cəhd olunur. Türkiyədə Prezident seçkiləri dövründə Ərdoğanın əleyhinə ABŞ və Avropada çirkin iftira kampaniyalarının təşkilində də dünya erməniləri xüsusi canfəşanlıq edirdi.
Reallıq budur ki, kiminsə istəyib-istəməməsindən asılı olmayaraq, Rusiya və Türkiyə hazırda ən yaxın strateji tərəfdaşdır və bir çox qlobal çözümlərdə aktiv aktorlardır. Yaxın və Orta Şərqdə baş verən münaqişlərin, gərginlik ocaqlarının, xüsusilə də Suriya və Liviyada qanlı qarşıdurmaların həllində Rusiya-Türkiyə dialoqlarının faydasının şahidi olmuşuq. Eləcə də, Ukrayna münaqişəsi ilə əlaqədar Qara dəniz bölgəsində humanitar böhranların də uğurlu çözümündə Ərdoğanın nadir liderlik istedadının xüsusi rol oynadığını görmüşük, Qərbin həll edə bilmədiyi Taxıl sazişini məhz Ərdoğan Putinlə razılaşdıraraq bəşərriyəti aclıq və fəlakətdən qurtardı. İndi də bu məsələnin yenidən həllində Türkiyəyə xüsusi güvən mövcuddur və istisna deyil ki, Putinin Ankara səfərində Taxıl sazişi, Qara dənizin humanitar tranzitlərə açıqlığı və s. əsas diqqət mərkəzində olacaq.
Təbii ki, Rusiya ilə Türkiyənin, eləcə də Azərbaycanın bu qədər sıx siyasi yaxınlığından qısqananlar və buna müxtəlif rəng qatanlar da az deyil. Ancaq heç vaxt reallığı unutmamalıyıq ki, Rusiya regionun güc qütblərindən biridir və geosiyasi proseslərdə dominant rolunu inkar etmək ağılsızlıq olardı. Bu baxımdan Rusiya-Türkiyə münasibətlərinin daha hərarətli olması Azərbaycan üçün yalnız müsbət nəticələr vəd edir.
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayevшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar