Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

“İran Rusiyaya dron göndərməyib”

Baxılıb: 631     Tarix: 07-08-2023 14:18   

İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian ölkəsinin Rusiyaya pilotsuz uçuş aparatları (PUA) göndərməsi barədə məlumatları təkzib edib. 
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, Abdullahian bu barədə Tokioda keçirilən mətbuat konfransı zamanı danışıb.
“Biz heç vaxt Ukraynada münaqişə zamanı Rusiyaya İran istehsalı PUA və yaxud silah göndərməmişik. Məhz Avropa və Amerikanın silah tədarükü dağıntı və qırğına səbəb olur”, - deyə iranlı nazir qeyd edib.
Xatırladaq ki, Ukraynada müharibə başladıqdan bir müddət sonra İranın Rusiyaya PUA göndərməsi barədə məlumatlar yayılıb. “The Washington Post”un ötən ilin yayında yaydığı məlumata görə, İran Rusiyaya pilotsuz uçuş aparatlarının (PUA) ilk partiyasını göndərib. Bildirilib ki, burada söhbət əsas olaraq “Mohajer-6” və “Shahed” tipli pilotsuz uçuş aparatlarından gedir. Bu PUA-lar isə radiolokasiya sistemləri, artilleriya qurğuları və digər hərbi obyektlərə atəş açmaq üçün nəzərdə tutulub. Rusiya və İran isə bu barədə məlumatları təkzib ediblər.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar