Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şahzadə Harri "Kral Əlahəzrətləri" titulundan məhrum edilib

Baxılıb: 693     Tarix: 09-08-2023 14:49   

Böyük Britaniyanın kral ailəsinin rəsmi saytı Şahzadə Harrinin "Kral Əlahəzrətləri" titulunu yığışdırıb.
Kral ailəsinin hər bir üzvünün yer aldığı "The Royal Family" (Kral Ailəsi) bölməsində Şahzadə Harri və Meqan Marklın adları səhifənin aşağısına köçürülüb.
Məlumata görə, bu, Şahzadə Harri və Meqan Marklın kral ailəsinin işləyən üzvlərinin vəzifələrini buraxaraq Böyük Britaniyadan ABŞ-yə köçdükdən üç il sonra baş verib.
Qeyd edək ki, 2020-ci ilin yanvar ayında Şahzadə Harri və Meqan Markl krallıq vəzifələrindən istefa verib, kral statuslarını itiriblər. Sasseks hersoqu "Kral ailəsinin "böyük" üzvlərinin fəaliyyətindən uzaqlaşmaq və daha çox maliyyə cəhətdən müstəqil olmaq üçün işə başlamaq niyyətindəyik", - deyə bildirib.
2021-ci ilin martında Şahzadə Harri və Meqan Markl məşhur amerikalı aparıcı Opra Uinfriyə qalmaqallı müsahibə verərək, kral ailəsini laqeydlik, daimi təzyiq və irqçilikdə ittiham ediblər. O vaxtdan bəri hersoqlarla Kral III Çarlz və onun qohumları arasında münasibətlər gərgin olaraq qalır. Şahzadə Harri bir sıra səmimi müsahibələr verdikdən və özünün avtobioqrafik "Spare" kitabını buraxdıqdan sonra vəziyyət daha da gərginləşib.
Hazırda Şahzadə Harri həyat yoldaşı və iki uşağı ilə birlikdə ABŞ-də yaşayır./Oxu.az

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar