Xəbər lenti
13/10/2026 [13:25]
Sabah 29° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Putin Priqojinin dəfnində iştirak etməyəcək”

Baxılıb: 640     Tarix: 29-08-2023 14:05   
“Rusiya Prezidenti Vladimir Putinin “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin dəfnində iştirakı nəzərdə tutulmayıb”.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Kreml Priqojinin dəfni ilə bağlı konkret məlumata sahib deyil: “Bu məsələ ilə bağlı qərarı Priqojinin yaxınları verir, burada onlar olmadan nə isə deyə bilmərik”.
Xatırladaq ki, avqustun 27-si Rusiyanın İstintaq Komitəsi Y.Priqojinin ölümünü rəsmən təsdiqləyib. Priqojinin təyyarəsi avqustun 23-ü Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Qəzada 10 nəfər ölüb.

Qanunvehedef.az
 
 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar