Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Gürcüstan Prezidentinin 9 ölkəyə səfərinə icazə verilmədi

Baxılıb: 694     Tarix: 31-08-2023 10:12   

Gürcüstan hökuməti ölkə Prezidenti Salome Zurabişviliyə Ukrayna da daxil olmaqla, 9 ölkəyə səfər etməyə icazə verməyib.
Qanunvehedef.az “Qruziya Online” portalına istinadən xəbər verir ki, Gürcüstan Prezidentinin Administrasiyası Zurabişvilinin rəsmi səfərlərinin təsdiqi ilə bağlı hökumətə müraciət edib.
Prezidentin avqustun 22-24-ü Ukraynaya, sentyabrın 16-sı İsveçrəyə, sentyabrın 27-29-u Bolqarıstana, oktyabrın 2-3-ü Polşaya, oktyabrın 4-6-sı Belçikaya, oktyabrın 31-dən noyabrın 2-nə qədər Danimarkaya, dekabrın 1-2-si BƏƏ-yə, dekabrın 10-12-si Çexiyaya və dekabrın 18-20-si İsrailə işgüzar səfərlərinə yazılı şəkildə rədd cavabı verilib.
Qeyd olunur ki, Gürcüstan Konstitusiyasına əsasən, Prezident ölkəni xaricdə yalnız hökumətlə razılıq əsasında təmsil edir. Bildirilir ki, ölkənin xarici siyasətini aparmaq hökumətin vəzifəsidir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar