Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Dünyanın ən nüfuzlu rusiyalıları: Azərbaycanlı da var

Baxılıb: 519     Tarix: 30-08-2018 11:32   

“Forbes Rusiya” dünyanın ən nüfuzlu rusiyalılarının adını açıqlayıb.
Qanunvehedef.az xəbər verir ki, tərtib edilən siyahıda ilk yeri Rusiya Prezidenti Vladimir Putin tutub.
Putindən sonrakı yerdə “Sberbank”ın rəhbəri German Qref, “Qazprom”un rəhbəri Aleksey Miller, “Rosneft”in rəhbəri İqor Seçin, Baş nazir Dmitri Medvedyev, “Surqutneftqaz”ın rəhbəri Vladimir Boqdanov, Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Rusiya Dəmiryollarının rəhbəri Oleq Belozerov və “Lukoyl”un rəhbəri Vahid Ələkbərov qərarlaşıb. Ən nüfuzlu rusiyalılar siyahısında Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev 17-ci, Xarici İşlər naziri Sergey Lavrov 21-ci, Müdafiə naziri Sergey Şoyqu 30-cu, Tatarıstan rəhbəri Rüstəm Minnixanov 51-ci, Çeçenistan rəhbəri Ramzan Kadırov 91-ci, Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkin 94-cü pillədə özünə yer edib. Siyahıda sonuncu 100-cü yeri Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski tutub.



{sape_links}{sape_article}