Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Türk dünyasının bu layihələri diqqəti cəlb edir - Mirziyoyev

Baxılıb: 480     Tarix: 04-09-2018 08:17   

Yüksək səviyyəli görüş və dialoqlar nəticəsində Qazaxıstan, Qırğızıstan, Türkiyə və Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq daha da möhkəmlənib.
Qanunvehedef.az xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyoyev sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə çıxışı zamanı deyib.
"Ölkələrimizin regional məsələlərdə, investisiya, nəqliyyat, təhsil və digər sahələrdə ortaq fəaliyyətləri uğurla inkişaf edir və bu istiqamətdə bir sıra iqtisadi layihələr diqqəti cəlb edir. Azərbaycanda Ələt Beynəlxalq Dəniz Limanı, Qazaxıstanda “Dostluq” və digər nəqliyyat-logistika kompleksləri fəaliyyət göstərir. Bir müddət öncə isə Aktauda Kurık limanı işə düşdü. Bu layihələr gələcəkdə regional əməkdaşlığa töhfə verəcək. Türkiyənin Mersin limanına ən yaxın marşrut olan Bakı-Tiflis-Qars dəmir yolunun açılışı, bu il fəaliyyətə başlayacaq Əndican-Oş-Kaşqar avtomobil dəhlizi bu baxımdan xüsusi imkanlar açır", - Mirziyoyev vurğulayıb.



{sape_links}{sape_article}