Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Lavrov Rusiyanın ATƏT PA-dan çıxmasını istisna etmir

Baxılıb: 686     Tarix: 14-02-2024 15:56   

“Rusiyanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasından çıxması hələ müzakirə edilməyib, lakin məsələ “havada asılıdır”.
Qanunvehedef.az “Vedomosti” qəzetinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışı zamanı deyib.
“Müttəfiqlərimiz arxamızca gələcəklərmi? Bu, artıq başqa sualdır və burada onların mövqeyini tam nəzərə almaq lazımdır”, - deyə Lavrov qeyd edib.
Qeyd edək ki, fevralın 13-ü Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, aşağı palata və Federasiya Şurası fevralın 21-i keçiriləcək plenar iclaslarda Rusiyanın ATƏT PA-da iştirakının dayandırılması barədə qərar qəbul edəcəklər.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar