Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

“Rusiya 5-8 ilə NATO-ya hücum edə bilər”

Baxılıb: 654     Tarix: 19-02-2024 12:43   

“Rusiya 5-8 il ərzində NATO ölkələrinə hücum edə bilər”.
Qanunvehedef.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
Onun sözlərinə görə, NATO ərazisinə hücumun olub-olmayacağını və ya nə vaxt olacağını əvvəlcədən proqnoz edə bilməz: “Lakin bu, 5-8 il ərzində baş verə bilər”.
Agentlik yazır ki, NATO üzvləri Münhen Təhlükəsizlik Konfransında Rusiyanın alyans ölkələrindən birinə mümkün hücumlarını müzakirə ediblər.
Qeyd edək ki, son zamanlar Rusiya ilə mümkün müharibə ehtimalı barədə İsveç, Norveç, Almaniya, Böyük Britaniya və digər Avropa ölkələrinin rəsmi şəxsləri açıqlamalar verib. Rusiya rəhbərliyi isə bu açıqlamaları “informasiya müharibəsi”nin bir hissəsi və avropalı siyasətçilərin öz vətəndaşlarının diqqətini iqtisadi problemlərdən yayındırmaq cəhdləri adlandırıb. Rusiya Prezidenti Vladimir Putin isə ölkəsinin Polşa və ya Latviyaya qoşun göndərmək niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, Rusiyanln Avropa ərazi iddiaları yoxdur.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar