Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Kreml Paşinyanın Ukrayna ilə bağlı açıqlamasına cavab verib

Baxılıb: 774     Tarix: 19-02-2024 14:11   

“Rusiya və Ermənistanın Ukraynadakı hadisələrlə bağlı mövqeyi bir-birindən fərqlənir”.
Qanunvehedef.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Ukraynadakı müharibə ilə bağlı İrəvanın mövqeyinə dair açıqlamasına münasibət bildirib: “Həqiqətən də, Ukraynada baş verən hadisələr və Ukrayna ilə bağlı münaqişəyə dair diametral şəkildə əks nəzər nöqtələrimiz var. Bu, sirr deyil və yaxşı məlum olan mövqedir”.
Peskov Rusiyanın Ermənistanın bu mövqeyi ilə razılaşmadığını vurğulayıb.
Xatırladaq ki, N.Paşinyan Almaniyada erməni diasporunun nümayəndələri ilə görüşündə bildirib ki, İrəvan Ukrayna məsələsində Moskvanın müttəfiqi deyil.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar