Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

ABŞ Suriyada rus ordusuna zərbə endirsə... - Klintseviç

Baxılıb: 526     Tarix: 10-09-2018 16:08   

ABŞ-ın Suriyadakı rus qüvvələrinə zərbə endirmək ehtimalını dəyərləndirdiyini düşünmürəm. Belə bir addımın nəticələri gözlənilməz ola bilər. Rusiya hadisələrin istənilən formada inkişafına hazırdır.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının senatoru Frans Klintseviç deyib.
“Növbəti saxta məlumatdan söhbət getdiyinə demək olar ki, şübhə etmirəm. Çox güman ki, nəşr müəyyən bir sifarişi yerinə yetirərək vəziyyəti daha da kəskinləşdirməyə çalışır. ABŞ kimi supergücün prezidenti anlamalıdır ki, Suriyadakı rus qüvvələrinə zərbə endirməyin gözlənilməz nəticələri ola bilər. İdlib bölgəsini yaraqlılardan təmizləmək üçün Suriya hökumət qoşunlarına xlorindən istifadə etmək zərurəti yoxdur. Oradakı yaraqlılar sıxışdırılıblar. Onların vaxtının bir gün tez və ya bir gün gec bitməsinin heç bir fərqi yoxdur”, - senator bildirib.
Qeyd edək ki, ABŞ-ın “Vol Strit Jurnal” nəşri Suriya Prezidenti Bəşər Əsədin İdlibə hücum zamanı xlorindən istifadə etmək niyyətində olduğunu və buna cavab olaraq Ağ Evin hökumət qoşunlarına zərbə endirəcəyini yazmışdı. Nəşr həmçinin Donald Trampın Suriyadakı İran və Rusiya qoşunlarına da zərbə ehtimalını nəzərdən keçirdiyini iddia etmişdi.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar