Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Fransızlar Ukrayna uğrunda ölməyəcəklər”

Baxılıb: 587     Tarix: 01-03-2024 13:35   

“Fransa öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil”.
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bunu “France Inter” radiostansiyasının efirində Fransanın xarici işlər naziri Stefan Sejurne deyib.
“Fransızlar Ukrayna uğrunda ölməyəcəklər. Biz öz qoşunlarımızı göndərməyəcəyik”, - deyə nazir qeyd edib.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron fevralın 26-sı Qərb ölkələrinin liderləri ilə görüşün yekunlarına dair danışarkən Ukraynaya təcili dəstək üçün koalisiyanın yaradılmasını elan edib. Koalisiya Ukrayna ordusuna orta və uzaqmənzilli raket və bomba göndərilməsini nəzərdə tutur.
Bununla yanaşı, Fransa lideri Qərb ölkələrinin Quru Qoşunlarının Ukraynaya göndərilə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, görüşdə tərəflər bu məsələ ilə bağlı ortaq məxrəcə gələ bilməsə də, gələcəkdə bu ssenarini istisna etmək olmaz. Bunun ardınca, bir çox ölkənin nümayəndələri Ukraynaya qoşun göndərməyi planlaşdırmadıqlarını açıqlayıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar