Xəbər lenti
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Rusiyanın Baş naziri bu gün Azərbaycana iki günlük səfər edəcək

Baxılıb: 817     Tarix: 05-03-2024 12:09   

Bu gün Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayır.
Bu barədə Rusiya hökumətin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində o, Azərbaycanın Baş naziri Əli Əsədovla və digər rəsmi şəxslərlərlə görüşlər keçirəcək.
Danışıqlar zamanı Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Xüsusən enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və digər sahələrdə birgə layihələrin təşviqinə diqqət yetiriləcək.
Görüşlərin və danışıqların yekunu olaraq bir sıra hökumətlərarası və idarələrarası sənədlərin imzalanacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan Rusiyanın aparıcı xarici iqtisadi tərəfdaşlarından biridir. Ölkəmizdə də habelə Rusiyanın iştirakı ilə 1,4 mindən çox müəssisə var ki, onlardan 300-ü tamamilə Rusiya kapitalına malikdir. 2023-cü ildə Rusiya Federasiyasının Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları 295 milyon dollar təşkil edib.//report

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}