Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan, Türkiyə və Gürсüstan arasında Bakı Bəyannaməsi imzalanıb - Fotolar

Baxılıb: 956     Tarix: 15-03-2024 12:47   

“Azərbaycan-Türkiyə-Gürcüstan gündəliyi çoxşaxəli, zəngin və bir çox ölkələr üçün sözün əsl mənasında nümunəvidir”.
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bunu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov Bakıda türkiyəli və gürcü həmkarları Hakan Fidan və İlya Darviaşvili ilə birgə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, üç ölkə arasında münasibətlərə nəzər saldıqda, ilk olaraq, çox yüksəksəviyyəli siyasi dialoqun şahidi oluruq: “Qanunverici orqanlar, müxtəlif dövlət qurumları arasındakı əməkdaşlıq və beynəlxalq platformalar çərçivəsində bir-birimizin dəstəklənməsi siyasi dialoqa töhfə verir. Bu gün bir daha Azərbaycan-Türkiyə-Gürcüstan arasında strateji tərəfdaşlıq və müttəfiqliq münasibətlərinin regional əməkdaşlıq formatlarının inkişaf etdirilməsinin önəmi ifadə edildi. Əlaqələrin daha da möhkəmləndirilməsinə və genişləndirilməsi üçün bu gün imzalanan Bakı Bəyannaməsinin əlavə töhfə verəcəyinə tam əminik”.


Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar