Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Ermənistan-Aİ-ABŞ görüşü Rusiyada narahatlıq doğurur”

Baxılıb: 757     Tarix: 28-03-2024 13:10   

“Brüsseldə Ermənistan, Avropa İttifaqı və ABŞ arasında keçiriləcək üçtərəfli görüş Rusiyada narahatlıq doğurur”.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova öz teleqram kanalında yazıb.
“Bu cür tədbirlər Rusiyada narahatlıq doğurur, çünki ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas istiqaməti Rusiyaya qarşıdır. Bu cür görüşlər regionun əksər ölkələrində narahatlıq doğurur. Ona görə ki, bu görüşlər Azərbaycanla Ermənistan arasında sülhün nail olunmasına deyil, Cənubi Qafqazda yeni bölücü xətlərin yaradılmasına, region ölkələrinin anti-Rusiya gündəliyinə riayət edilməsinə məcbur etməyə, onların Moskva ilə olan çoxəsrlik əlaqələrinin məhv edilməsinə, mövcud regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərinin sarsıdılmasına yönəlib. Rəsmi İrəvanın söhbətin nədən getdiyini anlamaması kimi davranması böyük sual doğurur. Axı Ermənistanı bütün dünyanın gözü qarşısında kollektiv Qərbin həddindən artıq təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevirirlər, - deyə Zaxarova qeyd edib.
Qeyd edək ki, aprelin 5-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş keçiriləcək.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar