Xəbər lenti
13/10/2026 [13:25]
Sabah 29° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Türkiyə Prezidenti Ərdoğan məşhur generalları əfv etdi

Baxılıb: 962     Tarix: 17-05-2024 10:00   

Türkiyədə “28 Şubat” işi ilə bağlı həbs olunan generallar əfv edilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.
Məhkumların qalan cəzaları Məhkəmə Tibb Qurumunun daimi xəstəlik, əlillik və qocalıq həddinə çatması ilə bağlı təqdim etdiyi arayışa əsasən Türkiyə Konstitusiyanın 104-cü maddəsinin 16-cı bəndinin müddəasına uyğun olaraq ləğv edilib.
Əfv edilən generalların siyahısını təqdim edirik:
- Çevik Bir,
- Çetin Doğan,
- Fevzi Türkər,
- Yıldırım Türkər,
- Aydan Erol,
- Erol Özkasnak,
- Cavad Temel Özkaynak.

Bundan başqa, “28 Şubat” işi ilə bağlı həbs olunan - Hacı Sülük, Əli Efteraslan, Avni Yılmaz, Sevda Yüksel, Gülbey Sarıoğlu, Süleyman Tuna və Abdulhekim Yılmaz əfv edilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar