Xəbər lenti
13/10/2026 [13:25]
Sabah 29° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ermənistan və Azərbaycan arasında ərazi razılaşması yoxdur - Simonyan

Baxılıb: 747     Tarix: 22-05-2024 13:49   

Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı danışıqlar davam edir.
Qanunvehedef.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Lüksemburqun Deputatlar Palatasının sədri Klod Vayslerlə keçirdiyi mətbuat konfransında deyib.
“Bu, hazırkı mərhələdə müzakirə olunan mövzulardan biridir. Amma bununla bağlı aramızda razılaşma yoxdur və müzakirələr davam edir”, - o bildirib.
A.Simonyan qeyd edib ki, tərəflər regionda kommunikasiyaların açılması məsələsi ilə bağlı danışıqlar aparır:
“Biz 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda əksini tapan bütün kommunikasiyaların açılması ideyasına önəm veririk. Ermənistan bu istiqamətdə fəaliyyətini davam etdirir”.
O, bu istiqamətdə işlərin uğurla başa çatacağına ümid etdiyini vurğulayıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar