Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Putin azərbaycanlı qəhrəmanı təltif etdi

Baxılıb: 793     Tarix: 01-08-2025 13:46   

Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da baş verən terror aktında insanları müdafiə etməyə çalışarkən həlak olan azərbaycanlı Vüqar Hüseynovu ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edib.
Qanunvehedef.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq fərman hüquqi aktlar portalında dərc olunub.
"Hüseynov vətəndaş borcunu yerinə yetirərkən göstərdiyi şücaət və fədakarlığa görə təltif edilib”, - fərmanda deyilir.
Daha əvvəl bildirilmişdi ki, Moskvanın Vnukovo rayonunda sakinlər hava limanının işçiləri olan Vüqar Hüseynov və onun həyat yoldaşı Lilit üçün onların öz avtomobilindən xatirə abidəsi düzəldiblər. Konsert zalına hücum zamanı Hüseynov insanları xilas etmək üçün bar masalarından barrikadalar düzəltməyə çalışsa da, o və həyat yoldaşı güllələnib. Cütlükdən azyaşlı uşaq yadigar qalıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar