Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

İordaniya Kralı İlham Əliyevə zəng edib

Baxılıb: 932     Tarix: 11-08-2025 13:08   

Avqustun 11-də İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
İordaniya Kralı Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi və əldə olunmuş tarixi nəticələr ilə əlaqədar dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb, bu razılaşmaların regionda davamlı sülhün, təhlükəsizliyin və hərtərəfli əməkdaşlığın təmin olunmasına xidmət edəcəyinə ümidvarlığını bildirib.
Dövlət başçısı təbriklərə görə minnətdarlığını ifadə edərək, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında imzalanmış birgə bəyannamənin, həmçinin sülh və dövlətlərarası münasibətlərin yaradılmasına dair sazişin paraflanmasının və digər sənədlərin regionda sülhün təmin olunması baxımından vacibliyini vurğulayıb. Prezident Azərbaycanla Ermənistanla arasında münasibətlərin normallaşdırılmasında Donald Trampın xüsusi rolunu qeyd edib.
Telefon danışığı zamanı Azərbaycanla İordaniya arasında ikitərəfli münasibətlərə toxunulub, siyasi əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar