Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Tramp Müharibə Nazirliyi yaradır

Baxılıb: 597     Tarix: 05-09-2025 10:37   

ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin adının "Müharibə Departamenti" kimi dəyişdirilməsi ilə bağlı sərəncam imzalayacaq.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Yeni ad ilkin mərhələdə ikinci rəsmi ad kimi tətbiq olunacaq. Müdafiə naziri Pit Heqset isə bundan sonra “müharibə naziri” kimi tanıdılacaq.
Ağ Evin hazırladığı sərəncama görə, “Müharibə Nazirliyi” (Department of War) adı yalnız müdafiəni vurğulayan “Müdafiə Nazirliyi” (Department of Defense) adından fərqli olaraq hazırlıq və qətiyyət mesajı verir.
Tramp bu addımı ABŞ-ın hərbi gücünü daha qətiyyətli şəkildə nümayiş etdirmək üçün atdığını bildirib.
Qeyd edək ki, nazirliklərin rəsmi adını dəyişmək üçün Konqresin təsdiqi tələb olunur.

Qanunvehedef.az 



Ən çox oxunanlar
{sape_links}{sape_article}