Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ərdoğanın BMT-dəki çıxışı niyə yarımçıq qalıb?

Baxılıb: 633     Tarix: 23-09-2025 13:44   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) konfransda çıxışı bitməmiş mikrofon sönüb. Ərdoğanın çıxışının yarımçıq qalması birmənalı qarşılanmayıb.
Qanunvehedef.az "TRT Haber"ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Türkiyə Rabitə İdarəsi məlumat yayıb.
İdarənin məlumatına görə, Prezidentin sözünün kəsilməsindən söhbət gedə bilməz:
"Konfransın prosedurlarına əsasən, dövlət başçılarına çıxış üçün 5 dəqiqəlik, digər şəxslər üçün isə 3 dəqiqəlik vaxt ayrılıb. Prezidentimiz Ərdoğanın da çıxışı prosedura uyğun olaraq 5 dəqiqəlik vaxtla məhdudlaşıb. Ona görə də Prezidentimizin çıxışına imkan verilməməsi və ya sözünün kəsilməsindən söhbət gedə bilməz. Prezidentimizin çıxışı vaxtaşırı alqışlarla kəsildiyi üçün ayrılan vaxtdan çox keçib və texniki reqlamentə görə 5-ci dəqiqənin sonunda mikrofon avtomatik olaraq söndürülüb.
Eyni şəkildə, İndoneziya prezidentinin çıxışı zamanı mikrofonun səsi söndürülüb. Türkiyə hər platformada olduğu kimi, BMT Baş Assambleyasında da ən yüksək səviyyədə təmsil olunur və Prezidentimizin çıxışları qlobal gündəmi formalaşdıran və geniş əks-səda doğuran mesajlar kimi izlənilir".

Qanunvehedef.az
 



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar