Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Məzahir Pənahovu o əvəz edəcək

Baxılıb: 460     Tarix: 24-09-2025 13:37   

Məlum olduğu kimi, Mərkəz Seçki Komissiyasının (MSK) hazırkı tərkibinin səlahiyyət müddəti gələn il başa çatır.
Hazırkı tərkib 2021-ci ilin aprel ayının 27-də formalaşıb.
MSK-nın səlahiyyət müddəti 5 il olduğundan gələn ilin aprelində qurumun hazırkı tərkibinin işinə son veriləcək.
25 ildir MSK-ya rəhbərlik edən Məzahir Pənahovun yeni tərkibdə olmayacağı ehtimalı böyükdür.
Qanunvehedef.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, komissiyanın yeni sədri Rövzət Qasımov olacaq.
Qeyd edək ki, Rövzət Qasımov 1978-ci ildə doğulub. İxtisasca ingilis dili üzrə tərcüməçi, dövlət və bələdiyyə idarəetməsi mütəxəssisidir.
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. Azərbaycan Respublikasının Milli Məclisində deputatları çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı təmsil edir. Komissiya sədrinin müavinidir.



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}