Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Şahin Mustafayev iranın energetika naziri ilə görüşdü

Baxılıb: 492     Tarix: 24-09-2025 14:13   

İranın energetika naziri Abbas Əliabadi və Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev arasında görüş keçirilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə İran Energetika Nazirliyindən məlumat verilib.
Görüşdə tərəflər ikitərəfli əlaqələrin gücləndirilməsinin, enerji, su və infrastruktur layihələri sahələrində mövcud imkanlardan istifadənin vacibliyini vurğulayıblar.
“İki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensial var və hər iki tərəf bu imkanlardan maksimum istifadə etməlidir. İran və Azərbaycan xalqları arasında qardaşlıq hissi birgə layihələrin uğurla irəliləməsi üçün dəyərli dəstəkdir”, - Əlibadi deyib.
Şahin Mustafayev də birgə layihələrin uğurla başa çatacağına əmin olduğunu bildirib:
“Biz böyük bir heyətlə İrana səfər etmişik ki, bu da əlaqələrimizi gücləndirməkdə əzmimizi göstərir. Mövcud potensialı nəzərə alaraq, birgə layihələrin uğurla başa çatacağına əminik”.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar