Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Ərdoğanın Makronla zarafatı gündəm oldu

Baxılıb: 645     Tarix: 25-09-2025 11:12   

Nyu-Yorkda Türkiyə və Fransa prezidentləri Rəcəb Tayyib Ərdoğanla Emmanuel Makron arasında görüş keçirilib.
Qanunvehedef.az “Yeni Şafak”a istinadən xəbər verir ki, iki ölkə liderinin görüşü BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkil edilib. Tərəflər Türkiyə-Fransa münasibətləri başda olmaqla regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Danışıqlardan əvvəl isə Ərdoğanla Makron arasında maraqlı dialoq baş tutub.
Belə ki, Ərdoğan Makrona “Necəsiniz?” sualını ünvanlayıb, Fransa lideri isə cavabında yaxşı olduğunu bildirib.
Bunun ardınca, Türkiyə prezidenti fransalı həmkarına zarafatla “Yaxşı imiş, demək ki, yaxşı olduğu zamanlar da olur” deyib.
İki ölkə liderinin dialoqunun görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb və gündəm olub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}