Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Pezeşkian-Makron görüşü – Mühüm razılıq əldə olundu

Baxılıb: 694     Tarix: 25-09-2025 14:47   

Fransa Prezidenti Emmanuel Makronla məhbuslarının mübadiləsi barədə razılığa gəldik.
Qanunvehedef.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian özünün X hesabında yazıb.
“Görüşdə Avropanın narahatlıqlarını aradan qaldıracaq və İranın maraqlarını təmin edəcək həll yolu ilə bağlı fikirlər açıq şəkildə ifadə olunub”, - o, Makronla görüşü haqda vurğulayıb.
Pezeşkian bildirib ki, haqq və insafın riayət olunacağı və hər iki tərəfin maraqlarının qorunacağı təqdirdə, qəti həll yolu mümkündür.
Fransa Prezidenti Makron da BMT Baş Assambleyası çərçivəsində Pezeşkianla görüşdən sonra X hesabında bu paylaşımı edib:
“Aydın tələbimi təkrar edirəm: İranda qeyri-insani şəraitdə özbaşına saxlanılan dövlət girovları Sesil Köhler, Jak Paris və Lennart Montrellus dərhal azad edilməlidir. Fransa heç bir övladının taleyinə biganə qalmayacaq”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}